AZ

İmişlidə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

İMİŞLİ, 27 noyabr. TELEQRAF

İmişlidə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Teleqraf-ın xəbərinə görə yol nəqliyyat hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
5
teleqraf.com

10Mənbələr