İMİŞLİ, 27 noyabr. TELEQRAF
İmişlidə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Teleqraf-ın xəbərinə görə yol nəqliyyat hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.