AZ

Lukaşenko Zelenskiyə xəbərdarlıq edib: Nə qədər ki...

Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq müraciəti edib.

Luükaşenko deyib: "Ukraynanı hazırkı sərhədləri daxilində qorumaq istəyirsinizsə, danışıqlar aparmalısınız. Danışıqları pozmaq lazım deyil".

Belarus Prezidenti deyib: "Hələ Ukraynanın dənizə çıxışı qalıb, hələ Odessa ilə Nikolayev Ukrayna ərazisidir. Bir anda bunlar olmaya da bilər".

Lukaşenko Ukraynadakı müharibənin sona yaxınlaşdığına "hər zamankından daha çox" inandığını da qeyd edib. Belarus lideri Ukraynanın ABŞ tərəfindən təklif olunan sülh müqaviləsini qəbul edəcəyinə əmin olduğunu söyləyərək deyib: "Top artıq Ukraynanın meydanındadır. Cəbhədəki mövcud vəziyyəti nəzərə alsaq, razılaşmanın rədd edilməsi ölkənin tamamilə itirilməsinə səbəb ola bilər".

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
9
hurriyyet.az

10Mənbələr