AZ

Azərbaycan Özbəkistanda keçirilən Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda təmsil olunub

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Nazir çıxışı zamanı iri dəhliz layihələrində əsas maneələrin sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqları olduğunu qeyd edib.

Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

O, həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
10
bizimyol.info

10Mənbələr