AZ

David Luis Çempionlar Liqası tarixində ikinci ən yaşlı qol vuran oyunçudur.

Kipr təmsilçisi “Pafos” öz meydanında “Monako” ilə qarşılaşıb və tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.

90deqiqe.Az-ın məlumatına görə, matçda Kipr klubunun heyətində fərqlənən futbolçulardan biri braziliyalı müdafiəçi David Luis olub.

Təcrübəli futbolçu vurduğu qolla ÇL tarixinin ən yaşlı bombardirləri siyahısında ikinci yerə yüksəldi – 38 yaş 218 gün. Onu qabaqlayan yeganə oyunçu isə 40 yaş 290 gün göstəricisi ilə rekorda sahib olan Pepedir.

Xatırladaq ki, David Luis karyerası ərzində PSJ, “Çelsi” və digər top-klublarda çıxış edib.

Seçilən
57
90deqiqe.az

1Mənbələr