AZ

“Ordu” və “Neftçi” qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turunda iki oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk matçında “Ordu” komandası “Azərreyl” üzərində 3:1 (23:25, 25:23, 26:24, 25:19) hesabı ilə qələbə qazanıb. Ardınca “Neftçi” “Xilasedici” üzərində 3:0 (25:21, 25:23, 25:22) hesablı qələbəyə sevinib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Qeyd edək ki, IV tura noyabrın 28-də yekun vurulacaq.

Seçilən
49
90deqiqe.az

1Mənbələr