AZ

Luvr Avropa ölkələrindən olmayan turistlər üçün bilet qiymətlərini artırır

Avropa ölkələrindən olmayan turistlər üçün Parisdəki Luvr muzeyinə giriş rüsumları 45% artacaq.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "AFP" agentliyi Fransa muzeyinin rəhbərliyinə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, biletlər bu turistlərə 32 avroya başa gələcək.

Qiymət artımının 2026-cı il yanvarın 14-dən qüvvəyə minməsi və Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrdən (Avropa İttifaqı, İslandiya, Lixtenşteyn və Norveç) gələn turistlərə şamil ediləcəyi gözlənilir. Bu tədbir Fransa hökuməti tərəfindən təsdiqlənib.

Seçilən
43
2
missiya.az

3Mənbələr