AZ

Beyləqan rayon icra başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirilib

 Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib. 

Paytaxt.org bildirir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə, başçının müavinləri, şöbə müdirləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Görüşün məqsədi vətəndaşların müraciətlərini birbaşa dinləmək, mövcud problemləri yerində araşdırmaq və operativ həllinə nail olmaqdır. Qəbul zamanı sakinlər tərəfindən sosial məsələlər, infrastruktur, məşğulluq, torpaq və digər istiqamətlər üzrə müraciətlər səsləndirilib.

Beyləqan RİH başçısı Əziz Əzizov tərəfindən vətəndaşların müraciətlərinin hər biri dinlənib, həlli operativ mümkün olan məsələlərlə bağlı aidiyyəti şəxslərə yerindəcə tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər üzrə isə müvafiq göstərişlər təqdim olunub.

Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Seçilən
127
paytaxt.org

1Mənbələr