AZ

Bugünkü 1 ci siniflə 10 il bundan əvvəlki 1 ci sinif arasında atılan addımlar arasında o qədər də fərqli nəsə etmirik

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda son illər təhsilə başlayan uşaqların sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Xüsusilə, birinci sinfə gedən şagirdlərin sayındakı geriləmə təkcə təhsil sahəsini deyil, ümumilikdə ölkənin demoqrafik və sosial-iqtisadi gələcəyini düşündürməlidir. Rəsmi statistikaya görə, son 7 ildə bu say 30 mindən çox azalıb.Ölkədə təhsilə başlama yaşı gəlib çatan uşaqların sayında azalma tendensiyası nə ilə bağlıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məsələnin keyfiyyət tərəfi bizi maraqlandırmalıdır.

Elmin Nuri

“Şəxsən bu məsələdə kəmiyyət məni o qədər də narahat etmir. Siz problem olaraq 1-ci sinfə gedən uşaqların sayının ildən-ilə azaldığını və statistikanı bildirirsiniz. Son 7 ildə 32 minə yaxın uşağın birinci sinfə getmədiyini qeyd edirsiniz. Burda məni bir detal maraqlandırır. Etiraf edək ki, çox ciddi problemdir. Amma məsələnin digər tərəfi də var. Ümumi əhalinin sayı nisbətinə baxanda, digər ölkələrlə müqayisəyə baxanda, bizim 1-ci sinfə gedən uşaqların sayı heç də az deyil. Amma məsələnin keyfiyyət tərəfi bizi maraqlandırmalıdır. Təki keyfiyyət artsın, kəmiyyət hətta azalsa da bir problem olmaz. Əlbəttə, ölkə qanunvericiliyinə görə yaşı məktəb yaşına çatmış hər bir şəxsin 9-cu sinfə qədər təhsil alması icbaridir. Burada uşaqların məcburi şəkildə, hər hansı bir səbəbdən getməmələri təbii ki, hüquqi pozuntudur. Ancaq bəzi demoqrafik səbəblərdən bu say azalırsa, bunu təhsil adına o qədər də böyük ciddi problem hesab etmirəm. Ciddi problem nədir?

1-ci ciddi problem: kəmiyyətin keyfiyyət müstəvisindən xeyli aşağı olmasıdır.

2-ci problem: məktəbə daxil olan birincilərin 10-11 ildən sonra müəyyən bir qisminin məktəbi tamamlaya bilməməsidir. Məsələ budur.

Bizim bir məktəb olaraq hazırda əlimizdə olan rəqəmlərlə, birinci sinfə gedənlərlə bağlı hansı fərqli strategiyamız var? Strategiya o demək deyil, mütləq mərkəzi strategiya olsun. Xeyr. Bu da vacibdir, öz yerində. Bir məktəbin də özünün 1-ci siniflərlə bağlı bir strategiyası olmalıdır. Biz əlimizdə olan birincilərin inkişafı üçün çoxumuz çalışırıq ki, hələ onların say azalmasına da böyük bir problem kimi baxaq. Etiraf edim ki, bu problem mənə bir az ciddi görünmür və təhsil adına 2-ci, bəlkə də 3-cü dərəcəli problemdir. Ən böyük problem nədir? Biz əlimizə olan say göstəricisindən keyfiyyət yarada bilmirik. Əlimizdə olan kəmiyyət göstəricisini keyfiyyətə çevirə bilmirik. Problem, məhz bundan ibarətdir. Birinci sinfə say azalması o qədər də problematik prinsip deyil. Bundan daha vacib olan məsələlər var. Biz bu gün birinci sinfə gedən azyaşlı üçün çox da böyük addımlar atmırıq. Bugünkü 1-ci siniflə 10 il bundan əvvəlki 1-ci sinif arasında yəni hər ikisi üçün atılan addımlar arasında bir məktəb olaraq biz o qədər də fərqli nəsə etmirik. Fikrimcə, problem məhz budur”,-deyə Elmin Nuri qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr