AZ

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyindən olan həmkarları ilə görüş keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, görüş zamanı Azərbaycanla AB arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika müzakirə olunub.

Hacıyev əlavə edib ki, tərəflər ikitərəfli gündəlikdəki geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar və Azərbaycan ilə AB arasında tərəfdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Seçilən
21
50
buta.tv

10Mənbələr