AZ

TƏBİB-in “Mentor Klinika” layihəsinə start verilib

AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı bildirib. Onun sözlərinə görə, layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır:

“Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər. Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur və biz hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək”.

AzVision.az

Seçilən
28
5
azvision.az

5Mənbələr