AZ

Atalarını peşman edən məmur övladlar...

Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır.

Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.

Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.

Publika.az xəbər verir ki, “Qafqazinfo”nun budəfəki yazısı övladları ilə gündəmə gələn, belə deyək, sınanan məmurlar və deputatlarla bağlıdır.

Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Seçilən
19
publika.az

1Mənbələr