AZ

ABŞ “B-2” bombardmançılarını yenidən sifariş edib

ABŞ Prezidenti Donald Tramp, ölkəsinin 22 iyun tarixində İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə təşkil etdiyi hava hücumunda istifadə olunan “B-2” bombardman təyyarələrindən çox sayda sifariş verdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Tramp, həmin hücumda istifadə olunan “B-2” təyyarələri ilə bağlı verdiyi açıqlamada bu təyyarələrin tamamilə görünməz olduğunu bildirib və həmin hücumun İranın nüvə potensialını tamamilə məhv etdiyini bir daha vurğulayıb.

Seçilən
166
cebheinfo.az

1Mənbələr