Bakı.Trend:
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosialşəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında AzərbaycanPrezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasınınsəfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizliksiyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərininAzərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşüxatırlanıb.
Tərəflər həmçinin, uğurlu Azərbaycan-NATO tərəfdaşlığı vəəməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədənAvropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə dəregional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi iləbağlı məsələlər daxil olmaqla geniş mövzular ətrafında genişmüzakirələr aparıblar.