AZ

Donald Tramp keçmiş prezidentin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv edib

Vaşinqton, 29 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin avtomatik qələmlə (autopen) imzaladığı bütün sənədləri ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “Truth” sosial media platformasında yazıb. Prezident bildirib ki, Baydenin imzaladığı sənədlərin təxminən 92 faizinə avtomatik imza atılıb. Avtomatik qələmi idarə edənlər bunu qanunsuz iş görüblər.

“Co Bayden avtomatik qələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, yalan ifadə vermək ittihamı ilə məsuliyyətə cəlb olunacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
203
10
azertag.az

10Mənbələr