AZ

İndoneziyada daşqın və sürüşmə qurbanlarının sayı 250 yə yaxınlaşıb

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətində daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 248 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, 100-dən çox insan itkin düşüb və onların sayının artacağı ehtimal olunur.

Dağılmış infrastruktur xilasetmə əməliyyatlarının aparılmasını çətinləşdirir - yollar, körpülər və rabitə xətləri zədələnib. Bundan başqa, xilasedicilərin axtarış işlərini aparması üçün ağır texnika çatışmır.

Musson yağışları nəticəsində baş verən daşqınlar çayların daşmasına və minlərlə ev və digər tikililərin dağılmasına səbəb olub. 3 minə yaxın ailə təxliyə olunub.

Qeyd edək ki, son bir neçə gündə güclü yağışlar İndoneziya, Tailand, Malayziya və Şri-Lankada daşqınlara səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
149
23
bakivaxti.az

10Mənbələr