Bakı. Trend:
Şri-Lankada “Ditva” tropik siklonunun qurbanlarının sayı 123nəfərə çatıb .
Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ölənlərdən başqa, 130 nəfərin adı itkin düşmüşşəxslərin siyahısına salınıb.
Ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzinin məlumatınaəsasən, siklonun fəsadları ümumilikdə 373,428 nəfərə zərərvurub.
43 mindən çox insan ölkədə yaradılmış 488 müvəqqəti sığınacağatəxliyə olunub.