AZ

Şri-Lankada "Ditva" siklonunun qurbanlarının sayı 123-ə çatıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Şri-Lankada “Ditva” tropik siklonunun qurbanlarının sayı 123 nəfərə çatıb.

Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölənlərdən başqa, 130 nəfərin adı itkin düşmüş şəxslərin siyahısına salınıb.

Ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzinin məlumatına əsasən, siklonun fəsadları ümumilikdə 373,428 nəfərə zərər vurub.

43 mindən çox insan ölkədə yaradılmış 488 müvəqqəti sığınacağa təxliyə olunub.

Seçilən
162
1
turkic.world

2Mənbələr