AZ

"Aqrarkredit"ə məxsus əmlaklar endirimlə təkrar hərraca çıxarılır

BAKI, 29 noyabr. TELEQRAF

"AqrarKredit" Bank Olmayan Kredit Təşkilatına məxsus bir sıra daşınar və daşınmaz əmlaklar yenidən hərraca çıxarılır.

Teleqraf xəbər verir ki, hərracda paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi sahəsi 367 600 kvadratmetr olan qeyri-yaşayış obyektinin start qiyməti 760 932 manat müəyyən edilib. Şəki rayonunun Daşüz kəndindəki 500 hektarlıq torpaq sahəsi üzrə icarə hüququ isə 622 800 manat ilkin qiymətlə satışa çıxarılacaq.

Bundan əlavə, 2012-ci il istehsalı Audi A6 markalı nəqliyyat vasitəsi də 18 450 manat başlanğıc qiymətlə hərraca təqdim olunacaq.

Qeyd edək ki, sözügedən əmlaklar ikinci dəfə təkrar hərraca çıxarılır və bu dəfə qiymətlərə 10 faiz endirim tətbiq edilib. Hərrac dekabrın 15-i baş tutacaq.

Seçilən
152
teleqraf.com

1Mənbələr