AZ

Aliment ödəməyən ana məhkəməyə verildi

Aliment ödəməyən ana məhkəməyə verildi

Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.

Boşanma qərarına əsasən, Səbinə Qulamova (şərti ad-soyadlı) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməli imiş.

Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6390 manat aliment borcunun yarandığı müəyyən edilib.

S.Qulamova məhkəmədə bildirib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə, daha bir övladının olduğunu və həmin övladın ağır xəstəlikdən əziyyət çəkdiyini, qazancının böyük hissəsini onun müalicəsinə sərf etdiyini deyib.

İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs edilməsini tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat cərimə olunub.

Seçilən
98
17
afn.az

10Mənbələr