AZ

“Tomahawk” istəmək əvəzinə buna nail olmalıdırlar”

ABŞ Prezidenti Donald Trampın xüsusi səfiri Stiven Vitkoff Ukraynanın müdafiə tələbləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Vitkofun sözlərinə görə, Kiyev ABŞ-dən “Tomahawk” tipli qanadlı raketlər istəməkdənsə, amerikan gömrük rüsumlarının Ukrayna məhsullarına 10 il müddətinə ləğv olunmasına nail olmalıdır:

“Bu addım Ukrayna iqtisadiyyatının ağır yükünü azaldacaq və daha məntiqli strategiya sayılır. Raketlərin müəyyən partiyasının verilməsi münaqişənin ümumi gedişatına ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, ABŞ bundan əvvəl Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı müraciəti rədd etmişdi.

Seçilən
55
2
redaktor.az

3Mənbələr