AZ

Hindistan Rusiyadan Su-57 və S-500 almağı hədəfləyir..?

SİA-nın məlumatına görə, Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, Vladimir Putinin Hindistana qarşıdan gələn səfəri zamanı Hindistan tərəfi Rusiya döyüş təyyarələri və raketdən müdafiə sistemlərinin alınması məsələsini qaldırmağı planlaşdırır.

Rusiya prezidentinin Yeni Dehliyə dövlət səfəri Baş nazir Narendra Modinin dəvəti ilə 4-5 dekabr tarixlərində planlaşdırılır.

Agentliyin mənbələrinə görə, iki ölkə arasında mövcud strateji tərəfdaşlıq müqaviləsi nəzərə alınmaqla, Moskva və Yeni Dehli yeni müqavilə bağlamaq imkanlarını müzakirə etmək niyyətindədirlər.

Müzakirələr Su-57 qırıcıları, eləcə də S-500 zenit-raket sisteminin modernləşdirilmiş versiyasına yönələcək. Mənbələrə görə, təyyarə çatışmazlığı Hindistan ordusunu hökumətdən müasir Rusiya istehsalı qırıcı təyyarələrin alışını artırmağı tələb etməyə məcbur edir.

Bloomberg qeyd edir ki, Rusiya ilə potensial müqavilə Hindistanın Moskvadan silah almasına qarşı çıxan ABŞ ilə ticarət sazişlərinə maneələr yarada bilər.

Son illərdə Rusiya silah alışında bir qədər azalma olsa da, Rusiya Hindistanın əsas hərbi texnika təchizatçısı olaraq qalır. Hindistanın müdafiə naziri Rajeş Kumar Singh bu həftə ölkənin Rusiya ilə müdafiə əməkdaşlığını davam etdirmək və həm Rusiya, həm də ABŞ-dan silah almaq niyyətində olduğunu açıqladı.

Əli Babayev

Seçilən
40
sia.az

1Mənbələr