AZ

Hindistan Putinin səfəri zamanı Rusiya silah alışı üzrə danışıqlara hazırlaşır

Hindistan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə gözlənilən səfəri zamanı Su-57 qırıcıları və S-500 raketdən müdafiə sisteminin alınması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Doğru.az xəbər verir ki, bu məlumatı Bloomberg agentliyi, sözügedən təyyarə və raket sistemlərinin təkmilləşdirilmiş versiyaları barədə mənbələrə istinad edərək yayıb.

Nəşr qeyd edir ki, Rusiya ilə mümkün razılaşma Hindistanın Moskvadan silah almasına qarşı çıxan ABŞ-la gələcək ticarət danışıqlarını çətinləşdirə bilər.

Xatırladaq ki, Kremlin mətbuat xidməti Putinin 4-5 dekabr tarixlərində Hindistana dövlət səfəri edəcəyini açıqlamışdı.

DOĞRU.AZ

Seçilən
17
1
dogru.az

2Mənbələr