AZ

FSB Krımda yüksək rütbəli zabitin qətlinin qarşısını alıb

FSB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin qətlinin qarşısını alıb.

APA xəbər verir ki, FSB-nin yaydığı məlumata görə təşkilatçı Ukrayna hərbi kəşfiyyatının zabiti olub.

Məlumatda bildirilir ki, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən vəzifələndirilmiş bir ukraynalı əsgər rus zabitinin avtomobilinə partlayıcı qurğu yerləşdirməli olub.

Həmin şəxsin zərərsizləşdirildiyi, cinayətin iştirakçılarından birinin isə həbs edildiyi bildirilir.

Seçilən
8
3
xalqcebhesi.az

4Mənbələr