19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, qızlar gürcüstanlı həmyaşıdları ilə üz-üzə gələcək.
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə məğlub olub.