AZ

ABŞ-da çalışan azərbaycanlı alim Azər Əhmədov AzMİU-da ali riyaziyyatın ən çətin sahələrinə dair seminar keçdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Funksionalanaliz və tətbiqləri elmi-tədqiqat laboratoriyası ilə Aliriyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə Amerika BirləşmişŞtatları Dakota Dövlət Universitetinin professoru, görkəmliAzərbaycan riyaziyyatçısı Azər Əhmədovun “Hölder teoreminin davamı”mövzusunda elmi seminarı keçirilib.

Seminarda AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoruNigar Aslanova çıxış edərək beynəlxalq elmi şəbəkəyə (IRN)qoşulmağın Azərbaycan universitetlərinin qarşısında dayananprioritetlərdən biri olduğunu bildirib.

O nəzərə çatdırıb ki, elmi fəaliyyətin dəstəklənməsi üçünuniversitetimiz tərəfindən kompleks addımlar atılır: “Beynəlxalqsəviyyəli elmi konfransların, seminarların keçirilməsi də butədbirlər planının bir hissəsidir. Son iki ay ərzində AzMİU-daAvstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, Fizika vəGeodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmışalim professor Jussi Behrndt, Almaniyanın Otto-von-GuerickeUniversitetinin (Magdeburq) professoru Holm Altenbaxın bir həftəlikelmi seminar və dərs keçmələri buna sübutdur. Hər iki seminardadigər universitetlərin nümayəndələri də iştirak edib, tanınmışalimlərin təcrübələrindən bəhrələniblər”.

Nigar Aslanova onu da deyib ki, daha çox ənənəvi mövzularayönələn azərbaycanlı riyaziyyatçıların daha yeni və spesifikproblemlərə nəzər salmaları vacibdir.

Seminar zamanı Azər Əhmədov ali riyaziyyatın aktualproblemlərindən olan qruplar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi,diferensial həndəsə, cəbr və topologiya mövzularında genişdanışıb.

Elmi seminarda iştirak edən professor-müəllim heyəti onlarımaraqlandıran mövzularda fikir yürüdüb, qonaqla ətraflı müzakirəaparıblar.

Qeyd edək ki, Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayılrayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızılmedalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomuilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğuldur. Ortaməktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəkiÜmumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.

SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub.1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutununFunksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın(1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.

1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasınaqəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsialıb. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.

Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülütopologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğulolur, məqalələri riyaziyyat jurnallarında çap edilir.

ABŞ-da
ABŞ-da
ABŞ-da
ABŞ-da
ABŞ-da
ABŞ-da
Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr