Hesablama Palatasının 2023-cü il İş Planına uyğun olaraq Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-də nəzarət tədbiri həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Report-a Palatadan bildirilib.
Vurğulanıb ki, ictimaiyyət bu auditlə yanaşı, cari il və əvvəlki illərdə aparılmış digər nəzarət tədbirlərinin siyahısı və nəticələri barədə məlumatlarla müvafiq rəsmi mənbələr vasitəsilə tanış ola bilər.