AZ

Azərbaycanda İİV virusunun daha çox rast gəlindiyi yaş qrupu və ərazilər açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

İİV virusuna yoluxmuş Azərbaycan vətəndaşlarının yaş mənsubiyyəti üzrə tərkibi açıqlanıb. 1987-ci ildən 2025-ci ilin noyabrın 30-na qədər olan məlumata əsasən İİV virusuna daha çox 30-39 yaş qrupunda rast gəlinib (38.2 faiz). Növbəti yerlərdə 40-49 yaş qrupu (22.4 faiz) və 25-29 yaş qrupu (17.3 faiz) dayanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı məlumat verib.

Bildirilib ki, ölkəmizdə İİV infeksiyasının yüksək olduğu ərazilər Bakı (26 faiz), Sumqayıt (7.5 faiz) və Lənkəran (5 faiz) olub.

Seçilən
38
azertag.az

1Mənbələr