AZ

İnsanı yumaq üçün nəzərdə tutulan aparat satışa çıxarıldı - 385 min dollar

Yaponiyada insanı kapsulun içində avtomatik şəkildə yumağa imkan verən xüsusi aparat satışa təqdim edilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "İnsan yuyucusu" kimi təqdim olunan cihaz ölkədə böyük marağa səbəb olub.

Məlumata görə, qurğu paltaryuyan prinsipi ilə işləyir. İstifadəçi kapsulun içinə uzanır və proses avtomatik başlayır. Aparat bədəndəki yorğunluğu aradan qaldırmaq üçün xüsusi masaj mexanizmlərinə və rahatladıcı səs sisteminə malikdir. Cihaz istifadəçi yalnız özünə musiqi seçdikdən sonra işə düşür.

Şirkət nümayəndələri bildiriblər ki, məqsəd yalnız bədəni deyil, eyni zamanda insanın psixoloji rahatlığını da təmin etməkdir. Yuma prosesi boyunca aparata inteqrasiya edilən sensorlar istifadəçinin ürək döyüntülərini və həyati göstəricilərini izləyir.

Cihaz əvvəlcə prototip kimi hazırlanmışdı. ABŞ-də fəaliyyət göstərən bir istirahət şirkəti prototipin kommersiya məqsədilə istehsal edilə biləcəyini soruşduqdan sonra firma real istehsala başlamağa qərar verib.

İstehsalçı şirkət ilkin mərhələdə təxminən 50 ədəd aparat buraxmağı planlaşdırır. Onların sözlərinə görə, bu cihazı xüsusi edən onun çox nadir olmasıdır.

Xarici mediada qurğunun pərakəndə satış qiymətinin 385 min dollar olacağı bildirilir.

Seçilən
14
1
far.az

2Mənbələr