AZ

350 minə yaxın şagird seçim mərhələsində iştirak edib

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda məktəb yaşlı uşaqlar arasında rəqəmsal bacarıqların inkişafı məqsədilə təşkil olunan məktəblərarası mini hakaton yarışına geniş maraq olub. Layihə çərçivəsində 350 minə yaxın şagird qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edib.

Modern.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova söyləyib.

O bildirib ki, hakatonun birinci mərhələsini 16 mindən çox, ikinci mərhələsini isə 1600-dən artıq şagird uğurla keçib. Final mərhələsində isə 300 finalçı və 70 komanda qalibiyyət uğrunda mübarizə aparıb.

“Bu il ilk dəfə olaraq ölkənin müxtəlif bölgələrində hakaton mərkəzləri yaradılıb. Ümumilikdə 147 mərkəz şagirdlərin bərabər şəraitdə iştirakını təmin etmək və texniki imkanlardan asılılığı azaltmaq məqsədilə fəaliyyət göstərib. Həmçinin, ölkənin bütün iqtisadi rayonları üzrə yüksək iştirak göstəriciləri qeydə alınıb”.

N.Rəhimova qeyd edib ki, hakaton respublika üzrə geniş əhatə dairəsi ilə seçilib. Onun sözlərinə görə, mərhələlərin hər birində iştirak faizləri yüksək olub ki, bu da layihənin miqyası və şagirdlərin marağını göstərir:

“Bu il hakatonun ilkin mərhələsi ilk dəfə olaraq mərkəzləşdirilmiş imtahan formatında keçirilib. Yeni mexanizm qiymətləndirmədə standartlaşdırmanı təmin etməklə nəticələrin obyektivliyinə şərait yaradıb. Bu format gələcəkdə müsabiqələrin idarə olunması və qiymətləndirilməsi baxımından metodik yeniliklər üçün mühüm imkanlar açır”, -deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
modern.az

2Mənbələr