AZ

Niderland Ukraynaya 250 milyon avro ayıracaq

Bakı. Trend:

Niderland Ukraynaya ABŞ-nin “Prioritized Ukraine RequirementsList” (PURL) təşəbbüsü çərçivəsində hava hücumundan müdafiəvasitələri və F-16 qırıcı təyyarələri üçün sursat almaq məqsədilə250 milyon avro ayıracaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri RubenBrekelmans “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Ukraynaya təcili olaraq əlavə hərbi yardımlazımdır.

Bundan əvvəl İspaniyanın Ukraynaya 817 milyon avro məbləğindəyardım ayıracağı xəbəri yayılmışdı.

Xatırladaq ki, noyabrın sonunda NATO-nun baş katibi Mark Rüttebəyan etmişdi ki, ABŞ silahlarının Ukrayna üçün satın alınmasıproqramı ( PURL ) çərçivəsində Ukrayna ilin sonunadək təxminən 5milyard dollar dəyərində silah əldə edəcək.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr