AZ

“Lanus”un SK da ikinci uğuru

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

finalLanus - Atletiko Mineyro 0:0, p. - 5:4Lanus (Argentina): Losada, Peres (Mendes, 103), İskyerdos, Kanale, Marsiç, Medina (Akosta, 119), Kardoso, Salvio (Uotson, 94), Moreno (Ramires, 103), Karrera (Akino, 82), Kastilyo (Bou, 94).Atletiko Mineyro (Belu Orizonte, Braziliya): Everson, Ruan, Vitor Uqo, Alonso, Roni (Rentso Saraviya, 105), Franko (Aleksander, 87), İqor Qomes, Gilyerme Arana (Kayo Paulista, 87), Bernard (Qustavo Skarpa, 78), Dudu (Byel, 97), Halk.Penalti seriyası: Bou – 0:0 (qapıçı). Halk – 0:0 (qapıçı). İskyerdos – 1:0. Qustavo Skarpa – 1:1. Marsiç – 2:1. İqor Qomes – 2:2. Akino – 3:2. Byel – 3:2 (qapıçı). Akosta – 3:2 (üst). Everson – 3:3. Kardoso – 4:3. Aleksander – 4:4. Uotson – 5:4. Vitor Uqo – 5:4 (qapıçı).Vərəqələr: İskyerdos, 71. Halk, 80. Franko, 85 - sarı.Hakim: Pyero Masa (Çili).23 noyabr. Asunsyon. 44164 tamaşaçı.Noyabrın 23-də Cənubi Amerikanın nüfuzuna görə ikinci klub turnirində 2025-ci il mövsümünə yekun vuruldu. Sudamerikana Kubokunun (SK) finalında Argentinanın “Lanus” və Braziliyanın “Atletiko Mineyro” komandaları qarşılaşdı. Həlledici oyun Paraqvayın paytaxtı Asunsyon şəhərindəki “Defensores del Çako” stadionunda keçirildi."Football-plus,az" xəbər verir ki, “Lanus” finala 3-cü, “Atletiko Mineyro” ilk dəfə çıxmışdı. 2013-cü ildə turnirin qalibi olan “Lanus” 2020-ci ildə finalda Argentinanın digər klubu “Defensa y Xustisiya”ya uduzmuşdu (0:3). Maraq üçün onu da xatırladaq ki, bir il əvvəl də Asunsyonda keçirilən finalda Argentina və Braziliya təmsilçiləri qarşılaşmış, “Rasinq” 3:1 hesabıyla “Kruzeyro”ya qalib gəlmişdi.Budəfəki final matçı təxminən bərabər mübarizə şəraitində keçdi. Komandalar hücumdan çox müdafiədə əla təsir bağışladı. Tərəflər 120 dəqiqə davam edən oyun ərzində qapıya eyni sayda - 4 dəqiq zərbə endirdi. Ancaq qapıçılar 8 zərbənin hamısını dəf etdi. Nəticədə uzun sürən finalın qalibi penalti seriyasında müəyyənləşdi. Bu sınaqda 5:4 hesablı üstünlük qazanan “Lanus” 54 yaşlı Maurisio Pelleqrinonun rəhbərliyi altında beynəlxalq turnirdə uğur qazandı.Beləliklə, finalçı kimi üçüncü cəhdi uğurlu alınan “Lanus” ikinci dəfə SK-nın qalibi oldu. Braziliya klubları isə “Atletiko Mineyro”nun simasında bu turnirdə ardıcıl 4-cü finalda məğlub oldular: əvvəlki üç finalda “Kruzeyro”, “Fortaleza” və “San Paulu” da azarkeşlərini məyus etmişdilər. Maraq üçün onu da qeyd edək ki, əsası 2002-ci ildə qoyulan SK-da ən çox qalib gələn komandalar “Lanus”, “Boka Xuniors”, “İndependyente” (hamısı Argentina), “LDU Kito”, “İndependyente del Valye” (hər ikisi Ekvador) və “Atletiko Paranaense” (Braziliya) azarkeşlərini iki dəfə sevindirib. Bu dəfəki qalib “Lanus”un gələn mövsüm Argentinanı Libertadores Kubokunda təmsil edəcəyini də əlavə edək.Bombardirlər: D.Moreno (Onse Kaldas) -10, İ.Dias (Universidad Katolika), X.Paredes (Akademika Puerto Kabelyo) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr