AZ

Müasir insanlar neandertallarla öpüşüb Maraqlı sübut

ain.az, Lent az saytına istinadən bildirir.

Yeni araşdırma göstərib ki, qədim insanlar təxminən 50 min il əvvəl neandertallarla öpüşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Oksford Universiteti və Florida Texnologiya İnstitutunun alimləri öpüşün təkamülünü araşdıraraq, Homo sapiens və neandertallar arasında baş vermiş növlərarası cütləşmə barədə məlum olan faktlara daha bir maraqlı detal əlavə ediblər. Neandertal DNT-sinin bir hissəsinin bu gün də insanlarda mövcud olduğu bilinir.

Florida Texnologiya İnstitutunun professoru, araşdırmanın müəllifi Ketrin Talbot bildirib ki, öpüş gündəlik və universal davranış kimi görünsə də, o, insanların cəmi 46% mədəniyyətində sənədləşdirilib.

Alimlərin sözlərinə görə, öpüş yalnız insanlara məxsus deyil. Meymunlar, canavarlar, albatroslar və hətta ayılar arasında da müşahidə olunur. Tədqiqatçılar öpüşü qida ötürülməsi ilə bağlı olmayan, aqressivlik daşımayan “ağız-ağıza” kontaktı kimi müəyyən edirlər.

Təkamül modelləşdirilməsi göstərib ki, öpüş böyük meymunların əcdadlarında təxminən 21,5–16,9 milyon il əvvəl meydana çıxıb. Eyni zamanda nəticələr neandertalların da 400 min ildən 40 min il əvvəlki mövcudluqları boyunca öpüşdüyünü təsdiqləyir.

Bu məlumatların insanlar ilə neandertallar arasında baş vermiş növlərarası cütləşmə və tüpürcək vasitəsilə mikroorqanizmlərin ötürülməsi faktları ilə üst-üstə düşməsi göstərir ki, Homo sapiens və neandertallar təkcə seksual əlaqədə olmayıb, həm də öpüşüblər.

Durham Universitetinin arxeologiya professoru Pol Pettitt bildirir: “Əgər cütləşmə qarşılıqlı razılıq əsasında baş verirdisə, deməli, onun bir hissəsi kimi ehtimal ki, ön sevişmə zərif öpüşlər və qucaqlamalar da mövcud olub”.

Alimlər qeyd edirlər ki, öpüş davranışı təkamül baxımından son dərəcə davamlı olub və bu gün də böyük meymunların əksəriyyətində qorunub. Bunun niyə milyonlarla il ərzində saxlanıldığı isə hələlik sirr olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
lent.az

1Mənbələr