AZ

Qəbul imtahanında test üsulu ləğv olunur? - AÇIQLAMA

Son zamanlar təhsil müzakirələrində tez-tez ortaya çıxan mövzulardan biri də qəbul imtahanlarının formasıdır. Bəzən müxtəlif təhsil ekspertləri və valideynlər bildirirlər ki, qəbul imtahanlarında test üsulundan imtina etmək lazımdır və bunun əvəzinə daha fərqli qiymətləndirmə metodları tətbiq olunmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, test imtahanından tamamilə imtina etmək doğru deyil:

"Test imtahanı ən azı müəyyən vaxt çərçivəsində bəzi sualların test üsulu ilə yoxlanılması üçün saxlanılmalıdır. Amma ümumilikdə, təbii ki, şagirdlərin oxuyub-anlama, dinləyib-anlama, yazma qabiliyyətləri və sair də qiymətləndirilməlidir. Yəni bu üsullar tətbiq olunduqda, imtahan verən namizədlərin bilik və bacarıqlarını adekvat qiymətləndirmək mümkündür. Həmçinin onlar həm şəxsi inkişaf edə, həm tənqidi düşüncə, həm də digər yanaşmalar üzrə bacarıqlarını artıra bilərlər. Bu nöqteyi-nəzərdən, test tapşırıqlarını müəyyən məhdud sayda saxlamaqla digər istiqamətlərdə də bilik və bacarıqları yoxlamaq olar. Dövlət İmtahan Mərkəzi artıq bir neçə müddətdir bu istiqamətdə işlər aparır, oxuyub-anlama, dinləyib-anlama məsələləri də daxil olmaqla bilik və bacarıqların qiymətləndirilməsi həyata keçirilir. Dünyanın əksər ölkələrində də demək olar ki, bu təcrübədən geniş istifadə olunur".

Nuriyyə NATİQQIZI

Seçilən
315
23
redaktor.az

10Mənbələr