AZ

İkinci Liqa: Üç oyun, üç 4:1 – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Hər üç oyunda qaliblər 4:1 hesablı qələbəyə sevinib. Belə ki, “Quba” səfərdə “Şəki”ni, “Qaradağ Lökbatan” evdə “Dinamo”nu, “Ağstafa Gəncləri” isə “Araz Saatlı”nı məğlub edib.

11-ci turun qarşılaşmaları dekabrın 2-də keçiriləcək.

İkinci Liqa
11-ci tur

1 dekabr

“Şəki” – “Quba” 1:4
Qollar: Cavid İmamverdiyev, 64 – Vidadi Cəfərov, 45+4; 88; 90+2. İbrahim İbrahimli, 53.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Dinamo” 4:1
Qollar: Tofiq Nəsibov, 23; 45+2-pen. Rövşən Şahmuradov, 28. İlham Hüseynov, 90+3 – Orxan Novruzov, 88.
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Tural Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Ağstafa Gəncləri” – “Araz Saatlı” 4:1
Qollar: Elgün Namazov, 20; 29; 86. İlkin Allahverdiyev, 43 – Kamran Hüseynov, 81-öz qapısına.
Hakimlər: Nəriman Ağayev, Rəhman Aslanov, Rizvan Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

2 dekabr

“Xankəndi” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Şəmkir” – “Kür-Araz”
Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Göygöl”
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Ağdaş şəhər stadionu, 14:30.

Seçilən
151
1
arena.az

10Mənbələr