Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Rayo Valyekano” doğma meydanda “Valensiya” ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 14 turdan sonra 34 xala malik “Barselona” vahid liderdir. “Real” 33 xalla ikinci, “Vilyarreal” 32 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 31, “Betis” və “Espanyol”un 24, “Xetafe” və “Atletik”in 20 xalı var.
İspaniya, La Liqa
14-cü tur
28 noyabr
Xetafe – Elçe 1:0
Qol: Arambarri, 56.
29 noyabr
Malyorka – Osasuna 2:2
Qollar: Muriqi, 62-pen; 66 – R.Qarsiya, 82. Boyomo, 90+2.
Barselona – Alaves 3:1
Qollar: Yamal, 8. Olmo, 26; 90+3 – İbanes, 1.
Levante – Atletik 0:2
Qollar: Navarro, 3. N.Uilyams, 44.
Atletiko – Real Ovyedo 2:0
Qollar: Sörlot, 16; 26.
30 noyabr
Real Sosyedad – Vilyarreal 2:3
Qollar: Soler, 60. Barreneçea, 87 – A.Peres, 31. Moleyro, 57; 90+5.
Sevilya – Betis 0:2
Qollar: Fornals, 54. Altimira, 68.
Selta – Espanyol 0:1
Qol: K.Qarsiya, 86.
Jirona – Real 1:1
Qollar: Unahi, 45 – Mbappe, 67-pen.
1 dekabr
Rayo Valyekano – Valensiya 1:1
Qollar: N.Mendi, 37 – D.Lopes, 64.
