Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Samsunspor” – “Alanyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Fənərbağça” da İstanbul derbisində “Qalatasaray”la heç-heçəyə razılaşıb.
Beləliklə, geridə qalmış 14 turdan sonra “Qalatasaray” 33 xalla zirvədə qərarlaşıb. “Fənərbağça” 32 xalla ikinci, “Trabzonspor” 31 xalla üçüncüdür. “Göztəpə”nin 26, “Samsunspor”un 25, “Beşiktaş”ın 24 xalı var.
Türkiyə, Super Liqa
14-cü tur
28 noyabr
Kocaelispor – Gənclərbirliyi 1:0
Qol: S.Dursun, 24.
29 noyabr
Rizəspor – Kayserispor 0:1
Qol: Benes, 57.
Qaziantep – Eyüpspor 1:2
Qollar: Boatenq, 90+6 – U.Bozok, 10-pen. H.Akbunar, 88.
Kasımpaşa – Başakşəhər 1:3
Qollar: Arus, 79 – A.Fayzullayev, 26. A.Harit, 45+4. Şomurodov, 90+7.
Trabzonspor – Konyaspor 3:1
Qollar: Onuaçu, 43; 50. Muçi, 56 – O.Yokuşlu, 18-öz qapısına.
30 noyabr
Antalyaspor – Göztəpə 1:2
Qollar: V.Sarı, 40 – T.Altıkardeş, 48. J.Santos, 52.
Karagümrük – Beşiktaş 0:2
Qollar: J.Silva, 41. Ture, 71.
1 dekabr
Fənərbağça – Qalatasaray 1:1
Qollar: C.Duran, 90+5 – L.Sane, 27.
Samsunspor – Alanyaspor 1:1
Qollar: A.Musaba, 15 – G.Yalçın, 90+1.
