AZ

Kannavaro onu ən güclü italyan müdafiəçi hesab edir – ARENA.AZ

Futbol üzrə İtaliya millisinin keçmiş müdafiəçisi Fabio Kannavaro hazırda ən güclü italyan müdafiəçi ilə bağlı qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

“İtaliyalı müdafiəçilər içrə mənə hamıdan çox Alessandro Buoncorno (“Napoli”) xoş gəlir. Çünki o, topla iş keyfiyyətindən başqa, bütün oyun ərzində son dərəcədə diqqətli qalır. Mən isə müvafiq xüsusu ixtiyari müdafiəçi üçün ən vacib keyfiyyət hesab edirəm”, deyə Kannavaro vurğulayıb.

Xatırladaq ki, Alessandro Buoncorno 2024-cü ilin yayında “Torino”dan 35 milyon avro müqabilində “Napoli”yə keçib. Onun Neapol klubu ilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var.

Buoncorno bu mövsüm 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. İtaliyalı futbolçunun “Napoli”nin heyətindəki ümumi göstəriciləri isə belədir: 37 oyun, 1 qol, 1 assist.

Alessandro Buoncorno “Torino”nun öz yetirməsidir. O, bir müddət “Karpi” və “Trapani”də icarədə də oynayıb.

İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Buoncorno 2023-cü ildə əsas millidə debüt edib. Müdafiəçi İtaliya yığmasında 12 matç keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
92
1
arena.az

10Mənbələr