AZ

Rüdiger karyerasındakı ən yaxşı məşqçini açıqladı – ARENA.AZ

Almaniya yığma komandasının və Madrid “Real”ının mərkəz müdafiəçisi Antonio Rüdiger karyerasındakı ən yaxşı məşqçini açıqlayıb.

Arena.az almaniyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Tomas Tuxel birlikdə işlədiyim ən yaxşı məşqçidir. O, “Çelsi”nin oyunun dəyişə bildi, mənə isə uğurlar qazanmağa kömək etdi. Onun sayəsində “Real”a keçdim. Onun köməyi olmadan, bu, mümkün olmazdı”, deyə Rüdiger vurğulayıb.

Xatırladaq ki, Tomas Tuxel 2025-ci ilin yanvarında İngiltərə yığmasının “sükanı arxası”na təyin edilib. Tuxelin “üç şir”lə cari müqaviləsinin müddəti 2026-cı ilin dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Tomas Tuxel İngiltərə yığmasını indiyə qədər 10 oyuna çıxarıb, 9 qələbə qarşılığında cəmi 1 məğlubiyyət görüb. Top fərqi də diqqət çəkir – 26:3.

Tuxel İngiltərə yığmasından əvvəl “Bayern”, “Çelsi”, PSJ, “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq” kimi komandalara da rəhbərlik edib.

Seçilən
88
2
arena.az

10Mənbələr