AZ

U-19 millimiz Gürcüstana biabırçı hesabla uduzdu – ARENA.AZ

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer almış millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya yığmasına 0:2, Şimali Makedoniya seçməsinə isə 1:3 hesabı ilə uduzmuşdu.

Beləliklə, 3 oyunun hamısından məğlubiyyətlə ayrılmış Azərbaycanın U-19 millisi qrup sonuncusu olub. Şimali Makedoniya yığması 7 xalla qrup birincisi olub. Eyni xala malik Sloveniya yığması ikinci yerlə kifayətlənib. Gürcüstan yığması isə 3 xalla üçüncü olub.

Seçilən
95
2
arena.az

10Mənbələr