AZ

Qadın sərnişini təhqir edən taksi sürücüsü CƏZALANDIRILDI - RƏSMİ

Bakı-Quba pullu yolunda quraşdırılmış radarlar test rejimində işə başlayıb və elə ilk gündən də görünür ki, sürücülərin narazılığına səbəb olub. Televiziyalarda gedən reportajlarda belə bir ümumi fikir hakimdir: pul verirəmsə, istədiyim sürətlə getməliyəm. 

Hər bir şəxsin düşüncə azadlığı var və bu məsələ müzakirə olunmur. Amma belə bir yaşyumşaq desək, meşşan təffəkkürüdür. Bir çox sürücü düşünür ki, yola pul ödəyirsə sürət də limitsiz olmalıdır. Bəs limitsiz sürət zamanı hansı tip yol hərəkəti iştirakçıları daha təhlükəlidir?

Avtosfer.az xəbər verir ki, Rusiya nəqliyyat nazirinin müavini federasiyada sürət limiti olmayan yollar qurulacağı barədə açıqlama verib. Rusiyalı ekspertlərin bir çoxu bu məsələyə müsbət yanaşmır. Onların fikrincə, ara məsafəsi kimi vacib parametri düzgün qiymətləndirə bilməyən sürücülərin çoxluq təşkil etdiyi ölkədə limitsiz sürət milli faciə yaradacaq. Bizcə, rus həmkarlarımız haqlıdır və onların dedikləri bizə də müəyyən dərəcədə aiddir. 

Qayıdaq Bakı-Quba pullu yoluna. Bu yolda radarlar real rejimdə işləməyə başladıqda yenə də texnikanı aldatmaq mümkün olacaqmı? Birinci radarın altından 50 km/saat sürətlə keçib radarsız ərazidə maksimal sürətlə getmək mümkün olacaqmı? Avropa təcrübəsinə nəzər salaq.
Avropa ölkələrindəki yeni nəsil radarlar avtomobili tanıma sistemi ilə təchiz edilib. Bunlara “orta sürət radarı” deyilir (bizdə “ağıllı radar” termini qəbul olunub və düzdür). Bəs bu texnikanın iş prinsipi necədir?

A məntəqəsindəki radar avtomobili tanıyaraq məlumatı B məntəqəsindəki radara ötürür. Bu zaman A radarı avtomobilin sürəti normadan çox deyilsə, sürəti qeydə almır (buna ehtiyac da yoxdur). Avtomobil B məntəqəsindəki radara çatdıqda onun bir nöqtədən digərinə getmək üçün sərf ertdiyi zaman hesablanaraq orta sürət çıxarılır. Yəni, klassik mexanikadakı sürət = yol/zaman (v=s/t) düsturu polisin köməyinə gəlir.

Misal: sürücü maksimal sürət 100 km/saat olan yolda birinci radarın altından 50 km/saat sürətlə keçdikdən sonra sürəti 150 km/saata qaldırır. İkinci radara yaxınlaşdıqda sürəti anidən yarıbayarı endirərək digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. 
Artıq bu fənd fayda verməyəcək. 5-ci sinifin fizika dərsliyində olan sadə bir düstürün İKT-yə inteqrasiyası sürücü “uzaqgörənliyinin” qarşısını almağa kifayət edir. Yəni, maksimal sürət 100 km/saat olan yolda cərimələnməmək üçün sürət rejiminə tək radarın qarşısında deyil, bütün yol boyu riayət etmək lazımdır.

Lüksemburq təcrübəsi göstərir ki, ağıllı radarların quraşdırılması sayəsində sürətlə bağlı qəzalar 30 faizədək azalıb. Müsbət təcrübəni tətbiq etmək yerinə düşməzmi?

Vüqar

Seçilən
8
avtosfer.az

1Mənbələr