AZ

İnsanabənzər robotlar yaxın 5 ildə bütün fabrikləri "ələ keçirəcək"

Xiaomi özü artıq zavodlarını tam avtomatlaşdırmaq üzərində işləyir.

QHT.az xəbər verir ki, Xiaomi-nin baş direktoru Lei Jun bildirib ki, yaxın beş ildə istehsalat müəssisələri insanabənzər robotların əsas işləri icra etdiyi sistemlərə keçəcək. O, şirkətin avtomobil zavodunda rentgen əsaslı süni intellekt yoxlama modelinin artıq insan yoxlamasından on dəfə sürətli və beş dəfə dəqiq işlədiyini vurğulayıb. Lei bu tendensiyanı yeni trilyon yuanlıq sənayenin formalaşmasının əlaməti kimi qiymətləndirir və bu sahədə tərəfdaşlıq platformalarının vacibliyini qeyd edir.

Xiaomi beş il ərzində istehsal xəttlərinə insanabənzər robotlar təqdim etməyi planlaşdırır və gələcəkdə ev robotlarının da böyük sənaye sahəsinə çevriləcəyini proqnozlaşdırır. Şirkət 2022-ci ildən bəri AI, robototexnika və smart sistemlər üzrə mühəndis heyətini genişləndirir.

 

R.İmanov

Seçilən
15
qht.az

1Mənbələr