AZ

Budapeştdə diaspor gənclərinin toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərənAzərbaycan Evində “Diaspor gəncləri: strateji hədəflərə doğru”mövzusunda Azərbaycan Diaspor Gənclərinin İşçi Qrupunun görüşükeçirilib. Görüşə Diaspor Gənclərinin Yay Düşərgələrində iştirakedən azərbaycanlı gənclər qatılıb. Azərbaycan RespublikasınınDövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhidolan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyiilə aparılan və müasir yanaşmalar əsasında inkişaf edən diasporsiyasətində gənclərin xüsusi yeri barədə danışıb. Bildirib ki,müasir dünyada diaspor artıq sadəcə mədəni icma deyil, informasiyamüharibəsinin güclü aktorudur. Dünyanın müxtəlif ölkələrindəyaşayan azərbaycanlı gənclərin də bu sahədə uğurları var və onlarortaq müzakirə platformalarının yaradılması, milli-mədəni kimliyinqorunması istiqamətində faydalı işlər görürlər. Sədr, həmçininDiaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib. Düşərgələringənclərdə vətənə bağlılıq hissini inkişaf etdirdiyini söyləyib.

Azərbaycan Respublikasının Macarıstan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə diaspor gənclərininfəaliyyətini və keçirilən tədbiri müsbət qiymətləndirib,toplantının işinə uğurlar arzu edib.

Görüşdə Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən vəgənclərin düşərgələrə marağından bəhs edən videoçarx göstərilib.Macarıstandakı Azərbaycan Evinin və Azərbaycan Diasporuna DəstəkFondunun birgə təşkilatçılığı ilə “Diaspor gəncləri: stratejihədəflərə doğru” mövzusunda keçirilən toplantı “Konstitusiya vəSuverenlik İli”nə və Qarabağda Şanlı Zəfərimizin beşilliyinə həsrolunub.

Tədbirin moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin şöbəmüdiri Vəsilə Vahidqızı olub.

Toplantı geniş fikir mübadiləsinin aparılması və perspektivədair təkliflərin səsləndirilməsi ilə davam edib.

Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Seçilən
66
4
az.trend.az

5Mənbələr