AZ

Niderland Ukraynaya 250 milyon avro ayırdı

Niderland müdafiə naziri Ruben Brekelmanın sözlərinə görə, NATO kanalları vasitəsilə ABŞ-dan Ukraynaya silah və sursat alınması üçün əlavə 250 milyon avro (290 milyon dollar) ayırmağı planlaşdırır.

“Ukrayna hər gün kütləvi hava hücumları ilə üzləşir. Onlara mümkün qədər tez kömək etməyin yeganə yolu Amerika ehtiyatlarından təchizatdır”, – deyə müdafiə naziri Brüsseldə AB həmkarları ilə görüşdən əvvəl bildirib.

Buna görə də indi Niderlandın əlavə 250 milyon avro ianə edəcəyini elan edirəm.”
Qeyd edək ki, Avropa ölkələri Kiyevə Amerika silah təchizatı üçün NATO-nun PURL (Ukraynanın prioritet tələblər siyahısı) mexanizmi vasitəsilə ödəniş edirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr