BAKI, 2 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanması, o cümlədən Vaşinqtonun bu məsələyə dair təklifləri olacaq.
Görüş günün ikinci yarısında keçiriləcək. Danışıqların ilk kadrları KİV üçün açıq olacaq.