AZ

"Fitch" 2026-cı ilə qədər MDB+ regionu üzrə bank sektoru ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

“Fitch Ratings” reytinq agentliyi 2026-cı ilə qədər MDB+ regionuölkələrinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukraynavə Özbəkistan) bank sektoruna dair neytral proqnozu qoruyubsaxlayıb.

Trend xəbər verirki, bu barədə “Fitch Ratings” reytinq agentliyi məlumat yayıb.

“Əsas kreditqabiliyyət amillərin və sektor üzrə ortagöstəricilərin bütövlükdə sabit qalacağını gözləyirik. Bunaəməliyyat şəraitinin dayanıqlılığı və kreditləşmənin yüksək artımtempi dəstək verəcək. Ukraynada son dərəcə çətin əməliyyat mühitimövcud olsa da, sektor üzrə proqnoz yenə də neytral olaraq qalır vəəhəmiyyətli pisləşmə gözləmirik”, – hesabatda bildirilir.

“Fitch”in analitikləri hesab edirlər ki, MDB+ regionundaiqtisadi artım, əsasən, güclü daxili tələbat və neft ixrac edənölkələr üçün əlverişli xammal bazarı şəraiti sayəsində dayanıqlısəviyyədə qalacaq.

“Pərakəndə kreditləşmə kredit portfelinin iki rəqəmli artımtempini təmin edir, eyni zamanda tənzimləyici tədbirlər həddindənartıq genişlənməni məhdudlaşdırır və xüsusilə Qazaxıstan vəÖzbəkistanda həddən artıq aktivləşmə risklərini azaldır.Kreditləşmənin sirayət dərəcəsi aşağı olaraq qalır və ya, Gürcüstanvə Ermənistanda olduğu kimi, orta səviyyədədir ki, bu da sektorundaha da böyüməsi üçün imkan yaradır.

Aktivlərin keyfiyyəti göstəricilərinin köhnəlmiş risklərinazalması və əksər bazarlarda kreditlərin dollarlaşmasının tədricənaşağı düşməsi fonunda yalnız cüzi dalğalanmalar nümayiş etdirəcəyiehtimal olunur, baxmayaraq ki, Özbəkistanda aktivlərin keyfiyyətinətəzyiq qalmaqdadır. Səhmlərin gəlirliliyi sağlam xalis faizmarjaları və orta və ya aşağı ehtiyat ayırmaları sayəsində yüksəkolaraq qalır. Kapital və likvidlik buferləri əhəmiyyətlisəviyyədədir və bu, banklara sektorun sabitliyinə xələl gətirmədəndivident ödənişlərini qorumağa və ya artırmağa imkan verir. Ukraynabank sektorunun göstəriciləri isə effektiv tənzimləmə, dayanıqlılikvidlik və kifayət qədər kapital ehtiyatları ilə dəstəklənir”, -deyə hesabatda vurğulanır.

Məqalədə:
Seçilən
56
2
az.trend.az

1Mənbələr