AZ

Şəhid Rahət İsayevin doğum günündə xatirəsi yad edilib - Vətən Naminə

">
VETENNAMİNE.AZ saytının Biləsuvar rayonu üzrə müxbiri xəbər verir ki, 26 dekabr 2023-cü il tarixdə Vətən müharibəsinin Biləsuvar rayonunun Əliabad kəndindən şəhidimiz İsayev Rahət Rafət oğlunun doğum günü ilə əlaqədar ata ocaqı və məzarı ziyarət olundu. Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideyinləri, qazilər, və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid İsayev Rahət Rafət oğlu 26 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almışdır. Sabirabad Dövlət Sosial – İqtisadi Kollecinin “Arxiv işi və Karguzarlıq” ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və noyabrın 6-da Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr 2020-ci il tarixində Əliabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İsayev Rahət Rafət oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Əliabad kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bəhruz Əliyev                                         
Vətən Naminə Mətbuat Xidməti
 
Seçilən
131
2
vetennamine.az

3Mənbələr