AZ

Ermənistanla qarşılıqlı səfərlərimiz Rusiyanı neytrallaşdırır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanın Baş nazirinin müavini M.Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında delimitasiya-demarkasiya komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdi.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, iki ölkə arasında sayca 12-ci iclasın sərhəddə deyil, Qəbələdə keçirilməsini iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar.

“Eyni gündə Türkiyə-Ermənistan nümayəndələri də görüş keçirib. Azərbaycan və Türkiyə prosesi paralel aparır. Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər etməsi gözlənilir. Qeyd edim ki, qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə maneə olmasını neytrallaşdırır. Hazırda Rusiya Ermənistana "demokratik" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamaq" təbliğatını aparır. Bir növ, Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir, iki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır”, ekspert qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "Yekun sülh" müqaviləsinin imzalanması prosesi tez baş tutacaq:

“Təbii ki, bu, Ermənistanda keçiriləcək parlament və konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan və Ermənistan arasında xeyli irəliləyiş əldə edilir. İki ölkə arasında anklavlarla bağlı məsələlər də prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir”.

Tahirə Qafarlı

Seçilən
21
3
hafta.az

5Mənbələr