AZ

AXCP-nin qeydiyyatına yenidən baxılması zərurəti yaranıb

“Ramiz Mehdiyev işi” ətrafında cərəyan edən hadisələr fonunda Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbirinin seçilməsi onun rəhbərlik etdiyi AXCP-nin qeydiyyatı məsələsinə yenidən baxılmasını zəruri edir.

“Cebheinfo.az” xəbər verir ki, Əli Kərimli ilə bağlı istintaq prosesi yekunlaşdıqdan sonra partiyanın qeydiyyatı məsələsinə baxılacağı real görünür. Belə ki, baş verən hadisələr və Əli Kərimliyə qarşı rəsmən irəli sürülən ittiham onun rəhbərlik etdiyi partiya ilə bağlı məsələni aktuallaşdırır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb və onunla bağlı məhkəmə tərəfindən 2 ay 15 günlük həbs qətimkan tədbiri seçib.

Bu ittiham Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin təsir agenti rolunda iştirakı ehtimalını gücləndirir. Məhz bu məqam nəzərə alınaraq istintaq işinin sonrakı mərhələlərində partiyanın qeydiyyatının ləğvi tələbi qoyula bilər.

Artıq deputat Əli Hüseynli də AXCP- nin qeydiyyatına yenidən baxılmalı olduğunu bildirib.

Xəzər

“Cebheinfo.az”

Seçilən
30
cebheinfo.az

1Mənbələr