AZ

Pakistanda icra hakimiyyətinin administratoru öldürülüb

ain.az, Apa.az saytına istinadən bildirir.

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla 4 nəfəri öldürüb.

APA Pakistan mediasına istinadən xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.

Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

Yerli polisin məlumatına görə, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılmış və nəticədə bir polis zabiti həlak olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
10
apa.az

10Mənbələr